Absolute Batman Komiks icmalı

Absolute Batman #1

Absolute Batman komiksi haqqında düşüncələrim

Bu komiksə dair post əslində çoxdan paylaşmalı idim amma qismət bu günə imiş. Ötən günlərdə komiksin 4-cü bölümünün çıxması ilə bu haqda post paylaşmağın vaxtı gəlibdə keçdiyini düşünürəm. Daha Absolute Batman çıxmadan öncə belə DC-nin Marvel comics kimi ana kainata paralel şəkildə irəliləyəcəyi kainat üzərində işlədiyinə dair şayiələr ortalıqda gəzirdi. Hansı ki, bu kainatın baş memarı Scott Snyder olacağı deyilirdi. Və üzərindən keçən bir müddətdən sonra ilk olaraq Absolute Batman daha sonra Absolute Wonder Woman və Supermanin gələcəyi təsdiqlənmiş oldu. Bir çox komiks oxucuları üçün bu DC comicsin ilk Ultimate kainatı olduğu düşünülsə də, əslində bu biraz səhv yanaşmadır. Belə ki, DC Comics daha öncə Trio üçün Elseworld-də keçən Earth One hekayələri çıxarmışdı. Bu arada əgər vaxtınız boldursa və hələdə Absolute Batmana başlamayıbsanızsa, Batman: Earth One hekayəsinə göz gəzdirə bilərsiniz. Birdə təbii ki, Earth-2-də keçən hekayələri də buna daxil etmək olar deyə düşünürəm.


Batman Earth One

Nəysə keçək əsas məsələyə. Scott Snyder tərəfindən yazılan Nick Dragottanın qələmindən çıxan Batman ilk başlarda iri cüssəsi və kobud görünən yarasa loqosu ilə fanlar tərəfindən birmənalı qarşılanmışdı. Hansı ki, mənimdə ilk başlarda Batmanin yeni görüntüsü ürəyimcə olmamışdı. Lakin, adamın gözü alışdığını deyə bilərəm. İlk baxışda Bane+Batman qarışığına bu Batman variantı bildiyimiz Batmandan bir neçə özəlliklərinə görə fərqlənir. Belə ki, bunlardan ən başlıcası qarşımızda bu səfər orta təbəqə ailədən gələn, normalda sahib olduğu üstünlüklərdən məhrum və daha gənc bir Batman var. Yenədə bir çox oxucular milyoner olmayan Batman konseptini ilk olduğunu düşünürlərsə yenə də yanılırlar. Çünki, Batmanin varlı olmadığı “Batman: Thrillkiller” hekayəsi vardır ki, bunu sizə oxumağı məsləhət görərdim.


Batman Thrillkiller

Postun geri qalan qismi komiksi hələdə oxumayanlar üçün SPOİLER ola bilər. İndidən deyim.

.

.
Hekayəyə gəldikdə isə Batmanın mifinə dair xeyli dəyişikliklərin olduğuna şahid oluruq. Belə ki, 10 yaşlı Bruce hər iki valideynini itirmək yerinə sadəcə atasını itirir və yaşadığı travma ilə zamanla Batman olmağa qərar verir. Və mənə görə ən çox diqqət çəkən tərəfi bildiyimiz Bruceun əksinə, Absolute Bruce yarasalara heyranlıq bəsləyirdi. Uşaqlığından bəri dahi olduğu bilinən Bruce, hər elmi layihələrini yarasalardan ilham alaraq üzərində çalışırdı. Halbuki Prime Bruceun valideynləri ölməsəydi hələdə yarasalardan qorxa bilərdi. Bu qədər dahi olmasına baxmayaraq Bruce çox diqqət çəkməməyə çalışır və gizli işi gərəyi inşaat mühəndisi kimi işləyirdi. Beləliklə işlədiyi hər yerə hakim olan Qara Cəngavər daha sonra çətinlik çəkməyəcəkdi. Ayrıca diqqətə alınacaq məqamlardan birsi isə Bruceun dost çevrəsidir, çünki normalda onun yaramaz qalereyasından tanıdığımız caniləri onun uşaqlıq yoldaşlarıdı. Bruceun onlarla bir masada oturub deyib-gülməsi pozitiv mənada adama qəribə gəldiyini düşünürəm. Bruceun öz motivasiyasına gəldikdə isə Prime Batman ilə həmən-həmən eyni məqsədləri güdür. Lakin, ondan fərqli olaraq əl-qol kəsməkdən heçdə çəkinmir. Və Prime Batmanin əksinə xaosun agenti olduğu deyilsədə, hələki iddia etdilənləri bu 4 bölüm ərzində görə bilmədim. Nəticədə Absolute Batmanin bu xarakteristikalarını bəzən Prime Batmanda və ya digər variantlarında görmək olurdu.

Alfredə gəldikdə isə dolayı yolla bizi Earth One Alfredini xatırladacaq birisi var. MI6 agenti olan Alfred əslində Gothama heç ayaq basmayan, ən əsasıda Bruce ilə yolları kəsişməyən birisidir. Lakin, ona verilən tapşırıqdan ötəri komiks boyunca Gothama gəldiyini və Batman ilə yollarının kəsişdiyinə şahid oluruq. İkili arasında dinamika bildiyimizdən biraz daha fəqlidir və ikilini bu halda görmək düzünə desəm maraqlı gəlir.

Canilər baxmından da xeyli dəyişikliklərin olduğunu görə bilirik. Belə ki, daha ilk bölümdən Black Mask-i ön planda görməyə başlayırıq. Lakin, Falconi və Maronilərin çox sadə şəkildə aradan yox olmaları məni biraz üzdü. Düzdür 4-cü bölümdə onları biraz görsəkdə görünən odur ki, çoxda önplanda olmayacaqlar. Lakin, Jokerin necə işləyəcəklərini maraqla gözləyirəm. Nəticədə bu Joker bildiyimiz Jokerin 180 dərəcə əksi biri olacağını görə bilərik.

Hekayənin özü hələki yaxşı start götürdüyünü düşünürəm. Üstəlik satış rəqəmləri də bu seriyanın gələcək vəd etdiyini göstərir. Amma bəzi cüzi şeylər var ki, komiksi oxuyarkən iddia etdikləri şeyləri görə bilmədim. Amma ümid edirım ki, zamanla yanlış qərarlar verib seriyanı gözdən salmazlar. Absolute Batman haqqında daha çox istək olarsa, ətraflı şəkildə postlar paylaşa bilərəm.

p.s. Bu arada komiksi oxuyanlar siz bu Batman variantı haqqında nə düşünürsünüz?🤓

Post a Comment

0 Comments