Salamlar! Biz Marvel Azərbaycan (hazırda Comicverse Azərbaycan adı altında fəaliyyət göstəririk.) səhifəsi olaraq 2015-ci ildən etibarən komiks mədəniyyətini Azərbaycanda tanıtmaq məqsədilə fəaliyyət göstəririk. Başlanğıcda Facebook səhifəsi olaraq yaradılan bu platformada komiks personajları, hadisələr və ümumilikdə geek mədəniyyəti ilə bağlı maraqlı məlumatlar paylaşırıq.
Bizim əsas məqsədimiz Azərbaycan komiks sevərlərinə geniş və faydalı məlumatlar çatdırmaq, həmçinin bu mədəniyyəti ölkəmizdə daha da tanıtmaqdır. Məqsədimizə nail olmaq üçün artıq YouTube və Blog kimi platformalarda da fəaliyyətə başlamışıq. Bu platformalarda oxucularımızı komiks dünyasına daha yaxınlaşdıran məqalələr, təhlillər və tərcümə olunmuş komikslər paylaşırıq.
Saytımızda yerləşdirilmiş linklər vasitəsilə digər sosial media hesablarımızı izləyə və fəaliyyətimizə dəstək ola bilərsiniz. Komiks mədəniyyəti və "Comicverse Azərbaycan" haqqında daha çox öyrənmək üçün bizi izləməyə davam edin!
0 Comments