“Venom: The Last Dance” filminin Spoilerli icmalı


Venom triloqiyasının son filmi olan "Venom: The Last Dance" böyük ekranlara verildi, baxıldı, danışıldı və triloqiyanı Sony nəhayət ki, yekunlaşdırdı. 2024-cü ilin sonlarına yaxın kinoteatra çox getmədiyimin fərqinə varıb filmə iki dəfə gedib baxmışdım. Lakin, filmi elədə bəyənmədiyim üçün buna dair səhifədə demək olar ki, heç bir şey paylaşmadım. Lakin, istəklər olduğunu gördükdən sonra fikrimi bir baxıma dəyişmiş oldum. Həmdə ki, film çıxalı aylar olub, ona görə də rahat Spoilerli şəkildə analizini edə biləcəyim qənaətinə gələrək bu postu paylaşmaqdayam. Film haqqında ilk öncə onu deyə bilərəm ki, film ortalama səviyyədə idi. Yani nə vaxtsa boşluq olarsa çərəzlik kimi baxa biləcəyiniz bir film olubdur deyə bilərəm. Onsuzda Spider-man olmadan Spider-man ilə əlaqəli filmlərinin çəkilməsi mənə heç vaxt məntiqli gəlmiyib. Ona görə bu filmləri izləyərkən Peter Parkerin heç mövcud olmadığını fərz etməyə düşünəməyə çalışaraq baxdığım bir film oldu. Nəysə çox uzatmadan keçək filmin icmalına.

Diqqət filmə hələdə baxmayanlar üçün !!!SPOİLER!!! ola bilər. Xoş oxumalar.


Filmin süjet xətti NWH filminin Credits səhnəsindən olduğu yerdə davam edir. Eddie və Venom öz kainatlarına qayıdarkən o sırada onların keçən filmdə baş verənlərdən ötrü hələdə axtarışda olduğunu görürük və buna görə də Eddie New-Yorka gedərək adını təmizə çıxarmağa çalışır. Lakin, Knull Eddiedə yerləşən Codex geri almaq üçün Xenophageləri onların üstünə yollayır. Bu sırada isə ikili hökümət tərəfindən axtarışda olduğu üçün Xenophage yetməzmiş kimi birdə Imperium təşkilatı tərəfindən axtarışda olduğuna şahid oluruq. İkili bu çətinliklərlə üzləşərkən yenə Eddie və Venom arasındakı münasibətlərin gərginləşdiyinə şahid oluruq. Eddie simbiyotun həyatına girdiyindən bəri heç bir şeyin yolunda getməyərək qisməndə olsa peşmanlıq hissi keçirdiyini və buna Venomun səbəb olduğu finkrində olduğunu görə bilərik. Lakin, bütün bunlara baxmayaraq film boyunca ikili arasındakı dostluq əlaqələri getdikcə güclənirdi. Filmin digər səhnələrində isə Imperiumun bazası olan Area 51-i görürük. Film boyunca bəlkə də əksər simbiyotları bu yerdə gördüyümüzü deyə bilərik. Bundan əlavə Mulliganın ölmədiyini başqa bir simbiyot ilə birləşərək həyatda qaldığını görmüş olduq. Lakin, bu simbiyot komikslərdən aşina olduğumuz Toxin deyildi. Birləşdiyi simbiyot Imperiumda yer alanlara Knull haqqında məlumat verərək onları vəziyyətdən xəbərdar etməyə çalışır. Treylerdə gördüyümüz və bir çoxlarının da sonsuz teoriyalar çıxarmasına səbəb olan Rhys Ifansın canlandırdığı personaj a.k.a. Martinin filmdə elədə bir önəmə sahib olmayan birisi olduğunu görmüş olduq. Eddie onlarla LA-yə qədər vaxt keçirdikdən sonra yolları ayrıldı deyə filmə baxarkən sevinmişdim. Çünki film boyunca bəlkə də ən çox sıxıldığım qisimlərdən birisi Eddienin Martinin ailəsi ilə keçirdiyi səhnələr idi desəm yalan olmazdı. Lakin, buna baxmayaraq filmin sonunda Eddie ilə yollarının yenə kəsişdiyini görürük. LA qisminə gəldikdə isə heç çəkməsəydilər ondan daha yaxşı olardı. Yani, Venom Mrs. Chen ilə olan rəqs səhnəsi bir müddət gözümün önündən getmədi. Venomun diqqətsizliyi ilə Imperium tərəfindən saxlanılan ikili yenidən 51-ci bölgədə görürük və Eddienin Venom ilə tam formunda birləşməsi ilə Xenophagelərin diqqətini öz üzərinə çəkmiş olur. Filmin sonunda sayları ilə diqqət çəkən simbiyotların bir-bir Xenophagelər tərəfindən sanki, ətçəkən maşınından çəkirilmişcəsinə ölümlərinə şahid oluruq. Çıxış yolunun olmadığını görən Venom isə sonda özünü qurban verərək Eddieni və Dünyanı xilas edir ardınca Knullun planını alt-üst etmiş olur.
.
.
.

Filmdəki Personajlara gəlincə

Personajlara gəldikdə isə Eddie yuxarıda qeyd etdiyimiz kimi Venom ilə tanışdığından bəri başına gəlməyən qalmadığı üçün məyus olduğunu şahid oluruq.Keçmişdə Venom ilə birlikdə insanları öldürməsinə baxmayaraq simbiyot olmadan ilk dəfə Imperium əsgərini öldürdüyü üçün dərin bir sarsıntı keçirdiyini görürük. Lakin, filmin sonuna qədər Eddienin özünün qəbullandığına şahid oluruq. Venoma gəldikdə isə film boyunca yenədə Eddie ilə fikir ayrılıqlarında olduğunu və vəziyyətin ciddiliyinə baxamayaraq çox diqqətsiz davrandığını görürük. Məhz buna görə həmişəki kimi özü bir çox dağıntılara səbəb oldu. Filmin sonunda özünü qurban verərək öldüyünü görsəkdə. Post kredits səhnəsində bir simbiyotun sağ qaldığını görürük. Odur ki, gələcəkdə Venomu yenidən görəcəyimizi düşünürəm.


Rex Stricklanda gəldikdə isə ilk baxışda mənə motivasiyası ilə Fast Five filmindəki Luke Hobbsu xatırlatdı. Bir baxıma tipik filmin qəhrəmanını tutmağa çalışan qərarlı, məqsədinə çatmaq üçün hər şeyi edəcək sərt birisi idi. Filmin sonunda onunda öldüyünü görsək də əslində yenədə geri qayıtma ehtimalının olduğunu düşünürəm. Belə ki, komikslərdə Rex əslindəbir vaxtlar S.H.I.E.L.D.-ə xidmət etmiş sym-soldier və ya Simbiyot əsgərlərindən birisi idi.


Simbiyotlar mövzusuna gəlincə filmdə xeyli simbiyotlar gördük hansı ki, bunların bəzilərini komikslərdən aşina olduğumuz bəziləri isə filmdə ilk dəfə gördüyümüz simbiyotlar idi. Xenophagelər ilə döyüşlərində bütün səylərinə baxmayaraq bütün simbiyotların bir heçmiş kimi öldürülməsi düzü məni biraz üzdü. Aralarında heç olmasa bir ikisi Xenophagelərə ciddi şəkildə ziyan verə bilsəydi yaxşı olardı. Xenophage məsələsində onu deyə bilərəm ki, biraz OPdırlar. Komikslərdə də rastımıza çıxan bu ovçular filmdə böyük təhdidə malik məxluqatlar olduğunu artıqlaması ilə sübut etdiyini düşünürəm. Şəxsən bu təhdidkar yönləri ilə MCU-da nələr edə biləcəyini görmək istəyərdim.

Xenophage komiksdə və filmdə
Xenophage komiksdə və filmdə

Filmin bəlkədə ən çox gözlənilən Personajı var ki, hansı ki, bir çoxlarının da filmə getməsinə səbəb olan Knull a.k.a. King in Blackı nəhayət ki, görə bildik. Və onu deyə bilərəm ki, Knull bəlkədə tək-tük personajlardan birisidir ki, komiksdəki debütündən sonra qismən qısa müddətdən sonra böyük ekranlarda görə bildik. Filmdə onun Klyntarda simbiyotlar tərəfindən məhbus kimi saxlanıldığını və kodeksi əldə edərək azad olmağa çalışdığını görürük. Və Sony heç olmasa burada doğru qərar verərək filmdə bizə Sneak Peek tərzində tanıtdılar. Əks halda böyük fiasko olacağından əmin idim. Hərçənd ki, hələdə Knullun gələcəyinin nazik buz üzərində olduğunu düşünürəm.

King in Black

Filmdəki döyüş action səhnələri yerində idi. Cgi desən filmin bəzi yerlərində normal bəzi yerlərində göz qanadacaq səviyyədə idi(əsasən də rəqs səhnəsi). Filmdə musiqilərdən çox istifadə olunduğunu düşünürəm. Belə ki, bəzi yerlərində adamı çox bezdirə bilirdi. Film qaranlıq tonda irəliləməyə çalışarkən bəzi yerlədə gözlənilmədən absurd komediyaya rast gəlmək mümkündür. Filmdəki aktyorların perfomansına gəldikdə isə keçən filmdə olduğu kimi yerində idi, gözə batan qüsurların olmadığnı deyərdim.

"Fairy Godmother" və Venom

Ümumiyyətlə filmə əgər 10 üzərindən bal verməli olsaydım 6-6.5 arası xal verərdim. Gözləntiləri olanlar üçün bu film fiasko, gözləntilər olmayanlar üçün isə sıradan vaxt itirmək üçün nəzərdə tutulmuş bir film ola bilər. Bəs siz bu film haqqında nə düşünürsünüz? Fikirləriniz bizim üçün çox maraqlıdır və Filmə dair əlavə postlar yenə gəlsin mi?


Post a Comment

0 Comments